22 
Noy
2017
16:53
39
209
7073
Virtual karabakh

Bir gündə Xəzərdə üçüncü dəfə zəlzələ oldu – YENİLƏNİB

22 Noy, 2017
16:53
7073

Bir gündə Xəzərdə üçüncü dəfə zəlzələ oldu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xəzər dənizində üçüncü dəfə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a daxil olan məlumata əsasən, zəlzələ yerli vaxtla saat 15:18-də qeydə alınıb.

Maqnitudası 3,3, dərinliyi 30 km olan zəlzələ hiss edilməyib.

***

15:50

Xəzərdə bu gün ikinci zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:25:43-də Xəzər dənizində baş verib. Maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan öncə səhər saatlarında Xəzər dənizində daha bir zəlzələ olub. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərə görə, təkanlar yerli vaxtla saat 08:36-da qeydə alınıb.

Məlumata görə, maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri