23 
Noy
2017
13:30
39
200
9891
Virtual karabakh

Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya verdi – VİDEO

23 Noy, 2017
13:30
9891

Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya verdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Aytən Mustafayeva Milli Məclisin binasında əlillər üçün pandusların və xüsusi liftlərin quraşdırılmasını təklif edib.

Oxu.Az xəbər verir ki, “Report”un məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov isə A.Mustafayevaya cavab olaraq bildirib ki, təmirdən sonra parlamentin binasında hamı, o cümlədən əlillər üçün bütün şərait yaradılıb.

“Siz Milli Məclisin 2012-ci ildə təmir olunan binasına nə vaxt daxil olmusunuz? Burada əlillər üçün pandus var. Həmçinin lift də fəaliyyət göstərir. Siz seçicilərinizi daha çox çalışdığınız institutda qəbul edirsiz”, -deyə O.Əsədov vurğulayıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri