12 
Dek
2017
13:30
12
248
4822
Virtual karabakh

Metroda həyəcanlı anlar: Kişi relslərin üzərinə yıxıldı

12 Dek, 2017
13:30
4822

Metroda həyəcanlı anlar: Kişi relslərin üzərinə yıxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı metrosunun "Nəsimi" stansiyasında bir nəfər stansiya yoluna yıxılıb.

Oxu.Az xəbər verir ki, bunu metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hadisə bu gün saat 12:15 radələrində baş verib. Belə ki, "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb: "Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Oktay Paşayev başının fırlandığını və buna görə müvazinətini itirdiyini deyib".

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri