13 
Dek
2017
18:49
15
211
7034
Virtual karabakh

Bakıda məhbusun ölməsinin səbəbi məlum oldu

13 Dek, 2017
18:49
7034

Bakıda məhbusun ölməsinin səbəbi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda cəzaçəkmə müəssisəsində ölüm olub
 
Oxu.az  apa-ya istinadən məlumatına görə, Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu dünyasını dəyişib.

Hadisə yerinə Qaradağ rayon Prokurorluğunun əməkdaşları çıxıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertizalar təyin edilib.
 
Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, məhkum Mürsəlov Fərhad Zeynal oğlu ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin olduğu açıqlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri