16 
Dek
2017
23:14
23
272
5128
Virtual karabakh

23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlandı

16 Dek, 2017
23:14
5128

23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə 23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın Şəki-Zaqatala bürosu məlumat yayıb. Bu gün axşam saat 19 radələrində rayonun Böyük Dəhnə kənd sakini 1994-cü il təvəllüdlü  Eşqin Rifahil oğlu Nəbiyev bədənin müxtəlif nahiyələrində bıçaq yarası xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Eşqin Nəbiyevə sol çiyin qurşağının və sol böyrək ətrafı nahiyənin kəsilmiş-deşilmiş lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Eşqin Nəbiyev müayinə zamanı qonşusu Vaqif adlı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ)  araşdırma aparılır.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri