13 
Yan
2018
17:48
90
304
15309
Virtual karabakh

Azərbaycanda itkin düşmüş rusiyalı alim tapılıb – YENİLƏNİB

13 Yan, 2018
17:48
15309

Azərbaycanda itkin düşmüş rusiyalı alim tapılıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana turizm məqsədilə səfərə gəlmiş və sərhədyanı zonaya yollandıqdan sonra bir həftə bundan əvvəl itkin düşmüş Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov doğmaları ilə əlaqə qurub.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu onun anası Olqa Çulkova bildirib.

“Ona zəng etməyə icazə veriblər. Deyir ki, yemək verirlər, tezliklə buraxacaqlarına və Moskvaya yollayacaqlarına söz veriblər”, - Çulkova deyib.

Alimin anasının sözlərinə görə, onunla Rusiya səfirliyindən də əlaqə saxlayıblar və əmin ediblər ki, oğlunun həyatına təhlükə yoxdur.

***

13:12

Azərbaycanda Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı, Rusiya vətəndaşı Dmitri Çulkov itkin düşüb.

Bu barədə Oxu.Az-a gənc alimin yaxınları məlumat veriblər.

Bildirilir ki, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və mehmanxanaların birində qalıb. Evin sahibi yanvarın 5-də qonağın Göygöl seyrinə yollandığını qeyd edib. O, Çulkova gölə taksi ilə getməyi məsləhət görsə də, sonuncu piyada yola düşüb və bir daha geri qayıtmayıb. 

Bundan sonra D. Çulkov telefon zənglərinə cavab verməyib, internetə çıxmayıb.

“Anasına dedi ki, bir həftəlik gedirəm, iki gündən sonra onunla əlaqə kəsildi”, – deyə Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunda olan mənbə bildirib.  

Çulkov Azərbaycanı yanvarın 10-da tərk etməli idi. Ancaq aviaşirkət onun təyyarəyə minmədiyini bildirib. Hal-hazırda rusiyalı alimin axtarışlarını onun həmkarları və qohumları aparır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri