16 
Fev
2018
12:02
197
37
4519
yuxarı
Bayılda sürüşmə zonasında yaşayanlara pul ayrıldı
16 Fev, 2018
12:02
4519
197
37
Bayılda sürüşmə zonasında yaşayanlara pul ayrıldı
Nazirlər Kabineti (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib.
Nazirlər Kabinetindən Oxu.Az-a verilən məlumata görə, müvafiq sərəncam baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.
Kirayə haqqı ərazidən köçürülən hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla ödəniləcək.
Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir.
Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı dörd ev tam, bir ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
4 
May
2024
00:00
Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - SORĞU + VİDEO
19
54
1730
3 
May
2024
23:36
Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - SƏBƏB + VİDEO
71
28
2620
3 
May
2024
22:32
Xocəsən sakinlərinin kanalizasiya problemi: “İydən çölə çıxa bilirik” - VİDEO
10
108
876