21 
Fev
2018
10:38
55
69
3710
Virtual karabakh

Baş epidemioloq: Xəstələr evdə oturmalıdırlar

21 Fev, 2018
10:38
3710

Baş epidemioloq: Xəstələr evdə oturmalıdırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əksər müəssisələrdə infeksion xəstəliyə yoluxmuş şəxslər işə gəlirlər. 

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, professor İbadulla Ağayev “AZDAS 2018” tədbirində deyib. 

Onun sözlərinə görə, hər hansı infeksiyanın yayılmasının qarşısının almasında vətəndaşlar özləri də maraqlı olmalıdır:

“Yoluxucu xəstəlik daşıyıcıları işə buraxılır. Onlar nə tibbi ağızlıq taxır, nə də başqa dezinfeksiya tədbirləri görür. İşdə asqırır, öskürür, qucaqlaşır, bunun nəticəsində digər işçilər həmin xəstəliyə yoluxur. 

İş yerlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında vətəndaşlar da iştirak etməlidirlər. Xəstə insanlar sağalana qədər evdə qalmalıdır, işə gəldiyi zaman isə müvafiq tibbi ağızlıq taxmalıdır”.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri