Apr
2018
10:12
48
1067
29717
Virtual karabakh

Lənkəranda ağır yol qəzasında ölənlərin sayı artıb – FOTO + YENİLƏNİB

2 Apr, 2018
10:12
29717

Lənkəranda ağır yol qəzasında ölənlərin sayı artıb – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 31-də Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən yeddi yaşlı Aslanov Ülvi Faiq oğlu bu gün xəstəxanada ölüb. 

20:23

Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı altı nəfərə çatıb və şəxsiyyəti müəyyənləşib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda, onlar Lənkəranın Ləj kəndinin sakinləridirlər.

Ölənlər aşağıdakılardır:

Aslanov Faiq,

Aslanov Fikrət,

Aslanova Mərziyyə,

Aslanova Xanımgül,

Aslanov Namiq

Aslanova Məsmə,

Yaralılar:

Aslanov Ülvi Faiq oğlu, 7 yaş

“Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu.

18.54

Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “Mitsubishi”dəki sərnişinlərin hamısı vəfat edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri