12 
May
2024
19:36
97
169
3033
Virtual karabakh

Yağıntılı hava şəraiti davam edir: Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB + VİDEO

12 May, 2024
19:36
3033

Yağıntılı hava şəraiti davam edir: Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 12-si saat 19:00-a olan məlumata əsasən, Balakən, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Göygöl, Qusar, Lənkəranda şimşək çaxıb, arabir yağış yağıb. Arabir güclənən şimal-qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Göyçayda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Saat 16:30-da Tovuz rayonunun Əlibəyli, Hacalı, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Qazqulu, Hunanlar kəndlərinə diametri 8-10 mm, saat 17:55-18:00-da Şahdağa 5 mm, Göygöl rayonuna isə saat 18:34-18:47-də 1.9 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.

11:12

Mayın 12-si saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Arabir güclənən şimal-qərb küləyi əsib.

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntının miqdarı Zaqatalada 9 millimetr, Tovuz, Balakəndə 6 millimetr, Şəmkirdə 5 millimetr, Şahbuzda 4 millimetr, Qax, Gəncə, Şəki, Ceyrançöl, Sədərək, Gədəbəy, Naxçıvan, Şahdağ, Göygöl, İsmayıllı, Tərtər, Kürdəmir, Yevlax, Ağdam, Culfa, Ordubad, Şərurda 3 millimetrədək olub.

Mayın 11-i Daşkəsən rayonuna saat 14:45-14:47-də daimetri 8 millimetr, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar ərazisinə saat 15:00-15:18-də 17 millimetr, Gədəbəy rayonuna isə saat 14:10-14:18-də 9 millimetr olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 metr/saniyə, Mingəçevirdə 25 metr/saniyə, Tərtər, Goranboyda 23 metr/saniyə, Naftalanda 22 metr/saniyə, Şahdağ, Şəkidə 20 metr/saniyə, Gəncədə 18 metr/saniyəyədək güclənib.

Göygöl, Şamaxı, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Yevlax, Göyçayda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 20-26, Aran rayonlarında 22-27, dağlıq rayonlarda isə 15-19 dərəcə isti olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri