Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qatarlara minik asanlaşdı: Artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı artıq həm də elektron şəxsiyyət vəsiqəsini təqdim etmək mümkündür.
Oxu.Az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, "My.gov.az" portalından qeydiyyatdan keçərək istifadə olunan elektron şəxsiyyət vəsiqəsi fiziki şəxsiyyət vəsiqəsinin əslinə bərabər tutulur.
Artıq hər bir vətəndaşın "My.gov.az" portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.
Sərnişinlər üçün rəqəmsal imkanları mütəmadi olaraq genişləndirən ADY-nin yeni sistemə inteqrasiyası qatara minik prosesini daha sadələşdirir və sürətləndirir. Bu da sərnişinlərin rahat səfər etməsinə, eləcə də hər hansı səbəbdən fiziki şəxsiyyət vəsiqəsi olmadıqda belə səyahətlərini davam etdirməsinə imkan verir.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Məşhur polkovnikə VƏZİFƏ VERİLDİ
- Deputat: "Aparılan iqtisadi islahatlar büdcə gəlirlərinin artmasına səbəb oldu"
- Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı
- "Azərbaycan Dəmir Yolları"nın işçisi əməliyyat zamanı ÖLDÜ
- Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq
Rəylər