Ötən gün Ağstafadan Bakıya gələn qatarın gecikməsi sərnişinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirə aparılıb.
Qeyd edilib ki, qatar 1.5 saat gecikib.
"Qatar saat 21:43-də Bakıda olmalı idi. Saat 22:35-dir, nəinki paytaxta, heç Biləcəriyə belə gəlib çata bilməmişik. Nə gecikmə səbəbi, nə də Bakıya nə vaxt çatacağımız haqqında məlumat verilir", - deyə sərnişin bildirib.
O, yaranmış vəziyyəti məsuliyyətsizlik kimi qiymətləndirərək sərnişinlərin vaxtına hörmət edilmədiyini vurğulayıb.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.