"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yeni yük vaqonları və lokomotivlər alacaq".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq ADY-dən məlumat verilib:
Qeyd olunub ki, məqsəd beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasının genişləndirilməsidir:
"Hazırda Fransa istehsalı olan 40 ədəd "Alstom AZ8A" seriyalı yük elektrovozu (dəyişən cərəyanla işləyən), Qazaxıstan-ABŞ birgə istehsalı olan 10 ədəd TE33A seriyalı magistral teplovozu, Ukrayna istehsalı olan 15 ədəd 2TE10M və 3TE10M seriyalı magistral teplovozu, eləcə də 55 ədəd TEM2 və 9 ədəd ÇME3 seriyalı manevr teplovozu olmaqla ümumilikdə 200-ə yaxın lokomotiv yükdaşıma əməliyyatlarına aktiv şəkildə cəlb olunub".
Məlumatda bildirilib ki, Çin Xalq Respublikasından 7 ədəd yeni AC-50 magistral teplovozu alınıb. Əlavə olaraq 14 ədəd yük lokomotivinin alınması üçün danışıqlar aparılır:
"Yük əməliyyatlarında 6 minə yaxın yük vaqonu istismar edilir. Ötən il 300 yeni vaqon alınıb, növbəti il isə daha 250 yükdaşıma vaqonunun alınması nəzərdə tutulur".