20 
Apr
2018
00:24
8
271
3234
Virtual karabakh

Lənkəranda evdə partlayış olub

20 Apr, 2018
00:24
3234

Lənkəranda evdə partlayış olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda fərdi yaşayış evində partlayış olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolmili kəndində, evin hamamında baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Sübhan Baloğlan oğlu Bağırov hamamda su isitmək üçün qazı yandırarkən partlayış olub.

Nəticədə S. Bağırov ağır yanıq xəsarətləri alıb.

S. Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İkinci dərəcəli yanıq diaqnozu qoyulan yaralının vəziyyəti ağır qiymətləndirilir. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri