24 
Apr
2018
11:16
29
322
16740
Virtual karabakh

46 qızı zorlamaqda ittiham edilən falçı danışdı - VİDEO

24 Apr, 2018
11:16
16740

46 qızı zorlamaqda ittiham edilən falçı danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Space” TV-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” proqramında 46 qızı zorlamaqda ittiham edilən falçının açıqlamaları yer alıb.

Oxu.Az xəbər verir ki, Ramil Talıbov adlı şəxs baş verən hadisəyə aydınlıq gətirərək, bütün iddiaları rədd edib:

“Bu, böhtandır. Falçı qız zorlamır. Məndən pul tələb etmək üçün məni şərləyib ki, guya onu zorlamışam. Yanındakı qız da onun rəfiqəsidir. Bu, faktdır. Mənə ağzına gələnləri yazıb, şərləyib. Üç ay sevgili olmuşuq.

Azərbaycana gəldiyim üç aydır. Bunu 46-ya böləndə neçə qız edir? Bunu düşünən yoxdur? Elə hamı yiyəsizdir? Bunların bir yiyəsi olmadı? Həmin gün nəzarətdə oldum. İşimiz də gedir. Sevgili olmuşuq, xəyanət etmişəm deyə, məni şərləyib. Aramızda yaş fərqi var.

Məndən 20 yaş balacadır. Onun imtahanlarına pul verəndə 20 yaş kiçik olduğunu bilmişəm. İmtahanlarına 300 manat pul vermişdim. Düzdür, 600 manat ondan pul almışam. Onu mənə kömək etmək üçün verib.

“Instagram”da tanış olmuşuq. Yazışmalarımız var. Qızın yaxınlarından heç kim mənimlə görüşməyib. Ərizəni geri götürmək üçün məndən 5000 manat pul istəyir”.

Qeyd edək ki, bu axşam 19:50-də falçının növbəti açıqlamaları yayımlanacaq.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri