May
2018
12:33
36
215
13338
Virtual karabakh

Nazirlik havanın ağır olduğunu təsdiqlədi - BİZİM İZLƏRLƏ

5 May, 2018
12:33
13338

Nazirlik havanın ağır olduğunu təsdiqlədi - BİZİM İZLƏRLƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri Oxu.Az-ın sorğusu əsasında Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib.

Nazirlikdən Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. 

Analizlərin nəticələrinə görə, atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub. 

4 may 2018-ci il tarixində Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. 

Qoxu, əsasən, Xətai, Səbail, Nizami rayonlarının ərazilərində hiss olunub. 

Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan üç dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət  edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri