14 
May
2018
12:45
223
25
4305
Virtual karabakh

Toy karvanının qarşısını kəsən sürücü cərimələndi - VİDEO

14 May, 2018
12:45
4305

Toy karvanının qarşısını kəsən sürücü cərimələndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, mayın 10-da, paytaxtın Ziya Bünyadov prospektində əks istiqamətə çıxıb axına qarşı hərəkət edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan 99-XU-095 qeydiyyat nişanlı, “Range Rover” markalı avtomobilin sürücüsünün görüntüləri yayılmışdı.

Oxu.Az-ın Avtosfer.az-a istinadən məlumatına görə, görüntüləri izləyən Nərimanov rayon DYP Şöbəsinin əməkdaşları dərhal sürücünü aşkar ediblər.

Qayda pozan sürücü 1992-ci il təvəllüdlü Məmmədov Orxan Əmrah oğludur. İnzibati araşdırma zamanı məlum olub ki, o, 99-XU-095 qeydiyyat nişanlı, “Range Rover” markalı avtomobili kirayə götürərək idarə edib.

O, dostunun toy karvanında hərəkət edən zaman qarşı yola çıxıb və bəy-gəlin maşınının qarşısını kəsərək 50 manat “şirinlik” alıb.

Sürücü törətdiyi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə dörd bal 100 manat məbləğində cərimələnib. O, törətdiyi əmələ görə peşman olduğunu və gələcəkdə belə hərəkət etməyəcəyəni bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri