15 
May
2018
01:18
14
291
10758
Virtual karabakh

Sumqayıtda ağır yol qəzası: Ölən və yaralılar var

15 May, 2018
01:18
10758

Sumqayıtda ağır yol qəzası: Ölən və yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Xızı rayon sakini Bəkirzadə Xəyyam Yusif oğlu Bakı-Quba yolunun 34-cü km-də, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəxsi avtomobili ilə hərəkətdə olarkən “Ford” markalı maşınla toqquşub.

Ağır qəza zamanı sürücü Xəyyam Bəkirzadə yerindəcə ölüb. Digər avtomobildə olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı avtomobillərdən biri yanaraq kül olub.

X.Bəkirzadə Xızı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır və növbədən çıxaraq şəxsi avtomobili ilə evə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri