18 
May
2018
11:45
24
83
2209
Virtual karabakh

Dəniz suyundan alınan təmiz suyun həcmi açıqlandı

18 May, 2018
11:45
2209

Dəniz suyundan alınan təmiz suyun həcmi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzlaşdırılması zavodu 2013-cü ildən fəaliyyətə başlayıb və sutkalıq gücü 2000 kub.metr təşkil edir.

Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzlaşdırılması Kompleksi mövzusunda keçirilən mətbuat konfransında ETSN-nin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Bildirib ki, müəssisədə bugünədək 3 894 634 kub metr həcmində dəniz suyu qəbul edilib. Bundan əlavə 1687995 kub metr həcmində təmiz su istehsal olunub.

Rasim Səttarzadə qeyd edib ki, kompleksə daxil olan ərazidə 4 hektar tinglik sahəsi salınıb:

“Burada ildə 1 milyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir. 2017-ci ildən başlayaraq tinglikdə aqrobağların salınmasında istifadə etmək üçün müxtəlif meyvə tinglərinin yetişdirilməsinə başlanılıb”.

Nazirlik rəsmisi qeyd edib ki, istehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və kompleksin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.

Elvin Paşazadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri