22 
İyn
2018
17:55
49
378
11005
Virtual karabakh

Bakıda yol polisləri və sürücü arasında münaqişə - VİDEO

22 İyn, 2018
17:55
11005

Bakıda yol polisləri və sürücü arasında münaqişə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Şəmsi Bədəlbəyli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində Dövlət Yol Polisi əməkdaşları ilə avtomobil sürücüsü arasında mübahisə baş verib.

Oxu.Az-ın Azxeber.com-a istinadən məlumatına görə, videogörüntülərdə DYP əməkdaşlarının sürücüyə zor tətbiq etməsi əks olunub. 

Görüntünü Bakıya gələn xarici turistlərdən biri lentə alıb. O, “bu, vəhşilikdir və bunu hər kəs görməlidir”, - deyə öz fikrini qeyd edib.

Məsələ barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Oxu.Az-a bildirib ki, videogörüntü bir ay əvvəl çəkilib:

“Hadisə yerində polis sürücünü döyməyib. Üç mülki şəxs mübahisə edib. Onlardan biri sərxoş olub. Polislər onları sakitləşdirməyə çalışıblar”.

Vaqif Əsədov qeyd edib ki, hazırda Bakı şəhər Baş Polis İdarəsi tərəfindən hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. 

İlhamə Əbülfət 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri