18 
İyl
2018
16:52
624
58
17064
Virtual karabakh

Tuneli bağlayıb şou göstərən gənclər saxlanılıb - VİDEO

18 İyl, 2018
16:52
17064

Tuneli bağlayıb şou göstərən gənclər saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə bir qrup gəncin Bakının mərkəzi küçələrindən birində tuneli bağlayaraq, əylənməsini əks etdirən görüntülər yayılmışdı.

Bahalı avtomobillərdən düşmüş gənclər toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər.

Yolda böyük tıxac yaransa da, gənclər şənliklərini davam etdiriblər.

Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Oxu.Az-a verdiyi məlumata görə, tuneli bağlayan gənclər artıq saxlanılıb. 

Hadisə ilə bağlı yeddi nəqliyyat vasitəsi aşkarlanıb, beş nəfər 20 sutka və bir il sürücülük hüququndan məhrumetmə cəzası alıb, iki nəfər barəsində isə hazırda Nərimanov rayon Məhkəməsi tərəfindən qərarın qəbul edilməsi üçün proses gedir.

İlkin məlumata görə, hadisəni törədənlərin hamısı avtomobil bazarında biznes fəaliyyəti ilə məşğuldur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri