22 
İyl
2018
19:54
43
235
2115
Virtual karabakh

Emin Musəvi: Dövlət dəstəyi KİV-lərə informasiya müharibəsində yardım olur

22 İyl, 2018
19:54
2115

Emin Musəvi: Dövlət dəstəyi KİV-lərə informasiya müharibəsində yardım olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnformasiya böyük gücdür. İnformasiya sayəsində dünyada rejimlər dəyişir, müharibələr başlayır və bitir, yüksək rütbəli məmularla bağlı istintaq başlayır. 

Sevindirici haldır ki, bu gün Azərbaycanda KİV nümayənələrinin yaşaması və Vətənin rifahı naminə işlərini görməsi üçün bütün şərtlər yaradılır. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında ASAN Radio radiostansiyasının direktoru, tanınmış tele və radioaparıcı Emin Musəvi deyib. 

Onun sözlərinə görə, azərbaycanlı jurnalistlərin daha bir mühüm prioriteti Azərbaycanın dövlətçiliyinə, bayrağına və ərazi bütövlüyünə təhdid törədənlərlə informasiya müharibəsi aparmasıdır: 

“Jurnalistlər Azərbaycan haqqında olan həqiqətləri dünyanın bütün dillərində təqdim etməlidirlər. Avropada, Amerikada, Rusiyada, Yaponiyada və başqalarında. Jurnalistlər sayəsində dünya müharibə vaxtı ermənilərin vəhşiliyindən xəbərdardır. 

İndi Azərbaycan torpaqlarının işğal altında olması ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmaq qalıb. 

Düşünürəm ki, Azərbaycan mətbuatının bu templə inkişafı ilə biz yaxın vaxtlarda buna nail olacağıq”. 

“İnformasiya müharibəsini heç kim ləğv etməyib və o, dünyadakı milyonlarla insanların fikirlərini formalaşdırır”, - müsahibimiz qeyd edib. 

O əlavə edib ki, Azərbaycan dövləti KİV nümayəndələri üçün onların nəinki “öz meydanlarında”, həmçinin “səfərdə” də düşmənə qalib gəlməsi üçün bütün şərtlər yaradıb.

“Fürsətdən istifadə edərək, bütün Azərbaycan jurnalistlərini, o cümlədən Oxu.Az kollektivini peşə bayramı münasibətilə təbrik etmək istərdim”, - E.Musəvi bildirib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri