Avq
2018
17:31
23
146
6436
Virtual karabakh

Yasamalı toz-duman bürüdü - FOTOREPORTAJ

7 Avq, 2018
17:31
6436

Yasamalı toz-duman bürüdü - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunun Yeni Yasamal qəsəbəsi ərazisində aparılan təmir işləri ilə əlaqədar yaşayış evlərini və yolları toz bürüyüb.

Oxu.Az xəbər verir ki, küçəyə nəqliyyat vasitələrinin girişinin qadağan olunması ilə bağlı nişanlar basdırılsa da, buna riayət olunmur.

Sürücülər bu küçəyə çıxmaq üçün alternativ yollardan istifadə edir. 

“Nəfəs almaq mümkün deyil. Dayanacaqda bir neçə dəqiqə dayanmaq kfiayətdir ki, üstümüz toz olsun”, - sakinlər deyib. 

P.S. Oxu.Az-ın fotoqrafını görüb, təmir gedən yerdə təmizləyici maşınlar peyda olub və yolu sulayıb.

Ə.Ş.
Foto: Sadiq Fərzəlibəy
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri