Avq
2018
13:27
18
704
18914
Virtual karabakh

İsmayıllıda dəhşətli hadisə: inəklərin döşləri kəsilib - VİDEO

9 Avq, 2018
13:27
18914

İsmayıllıda dəhşətli hadisə: inəklərin döşləri kəsilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonunda iribuynuzlu heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə götürülüb.

Bunu Oxu.Az-a açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib.

Onun sözlərinə görə, rayonun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı analiz götürülüb:

“Heyvanların süd vəzilərinin naməlum şəkildə kəsilməsi ilə bağlı idarə və hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə yollanıb. Zədələnmiş heyvanlardan götürülən qan nümunələri Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Mən doqquz ildir idarə rəisi işləyirəm. Bu cür hadisə ilə ilk dəfədir qarşılaşıram. Heyvanlar meşəyə otlamağa gedir. Geri qayıdanda süd vəziləri kəsilmiş halda olur. Meşədə açıq şəraitdə otladığı üçün vəhşi heyvan qopara bilər”.

Barat Şahalıyev qeyd edib ki, müayinələrin cavabları bir neçə günə məlum olacaq:

“Nəticələr ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə İsmayıllıda iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi barədə məlumat yayılıb.

İlhamə Əbülfət

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri