20 
Avq
2018
13:35
183
67
8326
Virtual karabakh

Azərbaycana gizli yolla “iPhone X” gətirmək istədilər - VİDEO

20 Avq, 2018
13:35
8326

Azərbaycana gizli yolla “iPhone X” gətirmək istədilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin “Xanoba” gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı avtomobilə gömrük baxışı keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a məlumat verilib.

Məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsindən 17 ədəd “iPhone X” markalı mobil telefon, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı bir ədəd beşbarmaq aşkar olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri