29 
Avq
2018
17:29
35
143
9262
Virtual karabakh

İcbari tibbi sığortanın qiyməti açıqlanıb

29 Avq, 2018
17:29
9262

İcbari tibbi sığortanın qiyməti açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta xidmətləri almaq üçün sığorta haqlarının təxmini məbləğini müəyyənləşdirib.

Oxu.Az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında dövlət agentliyinin direktoru Zaur Əliyev deyib. 

“Bu proses pilot layihənin nəticələrinə əsasən həyata keçirilib və artıq, demək olar ki, başa çatdırılıb. Hesablamalarımızın nəticəsini və iqtisadi vəziyyəti nəzərə alaraq, biz bu məbləği 120 manat müəyyən etdik. Yəni, vətəndaş icbari tibbi sığorta etdirmək üçün aylıq 10 manat ödəməlidir”, - Əliyev deyib. 

Dövlət agentliyinin direktoru bildirib ki, ölkə vətəndaşlarının bəzi kateqoriyaları sığorta haqlarının ödənilməsindən azad olunacaq.

“Bunlar uşaqlar, pensionerlər, əlillər və aztəminatlı ailələrdir. Onların icbari tibbi sığorta ilə bağlı xərclərini dövlət öz üzərinə götürəcək”, - Əliyev qeyd edib. 

Direktor əlavə edib ki, əhali sığorta haqlarını hissə-hissə ödəmək imkanı qazanacaqlar.

“İşlə təmin olunan insanlar, əlbəttə ki, sığorta haqlarını qismən ödənilməsi imkanı qazanacaq”, - Əliyev qeyd edib. 

Azərbaycanda İcbari Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin fevralından fəaliyyətə başlayıb. 2016-cı ilin sonundan ölkədə İcbari Tibbi Sığorta pilot layihəsinin reallaşdırılmasına start verilib. Hazırda bu layihə Mingəçevir, Yevlax və Ağdaş rayonlarını əhatə edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri