10 
Sen
2018
18:15
72
265
14548
Virtual karabakh

Azərbaycanda istifadəçilər internetsiz qalacaq?

10 Sen, 2018
18:15
14548

Azərbaycanda istifadəçilər internetsiz qalacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada ilk dəfə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi Azərbaycanda internet istifadəçilərinə də təsir edəcək.

Bu barədə Oxu.Az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələbinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, Azərbaycanda da domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb.

Texniki əməliyyat dünyada ilk dəfə reallaşdırılacaq. Bu prosesin adi istifadəçilərə cüzi təsiri ola bilər. Yeniləmədən sonra 48 saat ərzində dünya üzrə bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var.

Belə olan halda sistem “server failure” və ya “SERVFAIL” səhvini göstərə bilər.

Sözügedən kriptoqrafiya açarları 2010-cu ildə yaradılıb. Bu açarlar təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər beş ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkələrin provayderlərinin hazır olmaması bu prosesi təxirə salmışdı.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri