21 
Sen
2018
12:09
169
29
3083
Virtual karabakh

Bakıdan Şarm əl-Şeyxə birbaşa reyslər açılacaq

21 Sen, 2018
12:09
3083

Bakıdan Şarm əl-Şeyxə birbaşa reyslər açılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-2019-cu ilin qış mövsümündə Bakıdan Misirə, Şarm əl-Şeyxə birbaşa çarter reyslər açılacaq.

Dövlət Turizm Agentliyindən Oxu.Az-a verilən məlumata əsasən, bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq.

İlk belə reys Monteneqroya təşkil edilib. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla, 8 noyabr - 4 aprel tarixlərində “Paşa Holidays” şirkəti və Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək. 

İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək, işgüzar əlaqələrin inkişafı üçün zəmin yaradacaq.

Qeyd edək ki, beynəlxalq Şarm əl-Şeyx hava limanı (“Sharm el-Sheikh International Airport”) turistlərə yerindəcə viza əldə etmək imkanı tanıyır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri