25 
Sen
2018
14:43
78
280
4248
Virtual karabakh

Azərbaycanlılardan ibarət dəstə Moskvada bankomat oğurladı - VİDEO

25 Sen, 2018
14:43
4248

Azərbaycanlılardan ibarət dəstə Moskvada bankomat oğurladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada dəfələrlə məhkum olunmuş altı azərbaycanlı “Sovkombank”ın ödəmə terminalını oğurlayıblar, ancaq tezliklə polis tərəfindən yaxalanıblar. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, bununla bağlı paytaxtın daxili işlər idarəsinin mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik kameraları cinayətkarların törətdiyi hadisələri lentə alıb. 

Hadisəni törətdikdən sonra onlar “Hyundai Solaris” markalı avtomobillə oradan uzaqlaşıblar. Ancaq isti izlərlə aparılan araşdırmalar nəticəsində onlar saxlanılıb. Cinayətkarlar bankomatdakı pulu çıxara bilməyiblər. Ümumilikdə banka 290 min rubl zərər dəyib. 

Saxlanılan şəxslərin 22-40 yaşlarında altı azərbaycanlı olduğu bildirilib. Faktla bağlı araşdırmalar aparılır. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri