Okt
2018
12:18
14
81
3337
Virtual karabakh

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılır

5 Okt, 2018
12:18
3337

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, təmir işləri ilə əlaqədar olaraq oktyabrın 6-da axşam saat 23:00-dan oktyabrın 7-də səhər saat 06:00-a qədər (yeddi saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, həmçinin oktyabrın 7-də axşam saat 23:00-dan səhər saat 6:00-a qədər (yeddi saat) Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri