11 
Okt
2018
22:38
259
94
3199
Virtual karabakh

Tallində Azərbaycan-Estoniya parkı açılıb - FOTO

11 Okt, 2018
22:38
3199

Tallində Azərbaycan-Estoniya parkı açılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tallin şəhərində Azərbaycan Respublikası və Estoniya Respublikasının 100 illiyi münasibətilə, iki xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı və Tallin şəhərinin Kristiyne rayonları arasında dostluğun simvolu olaraq parkın təntənəli rəsmi açılışı olub. 

Azərbaycanın Estoniyadakı səfirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, parkın açılış mərasimində çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli iki ölkə arasındakı siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrdən bəhs edib, Tallin şəhərində Azərbaycan-Estoniya parkının salınmasının əlamətdar hadisə olduğunu bildirib.

O, bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkəmizin xarici siyasətində Estoniya ilə münasibətlərə əhəmiyyətli yer verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Mərasimdə həmçinin Bakı şəhər Suraxanı rayonu icra hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan-Estoniya Parlamentlərarası işçi qrupunun rəhbəri Hacı Salayev, Estoniya Azərbaycan mədəniyyət mərkəzinin sədri Niyazi Hacıyev, Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun sədri Mixail Korb, Tallin şəhərinin Vitse meri Andrey Novikov, Tallin şəhərinin Kristiyne rayonunun başçısı Yaanus Riybe, Estoniya ictimaiyyətinin və Estoniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri