17 
Okt
2018
08:56
67
19
2632
Virtual karabakh

Bakının əsas magistrallarında sürət həddi endirilib

17 Okt, 2018
08:56
2632

Bakının əsas magistrallarında sürət həddi endirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Bakıda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Oxu.Az-ın məlumatına görə, bu addım yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

Sürücülərdən nəqliyyat vasitələri ilə yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur. 

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri