22 
Okt
2018
12:13
53
135
10583
Virtual karabakh

Azərbaycanlılar ABŞ-dakı lotereyada rekord cekpot uda bilərlər

22 Okt, 2018
12:13
10583

Azərbaycanlılar ABŞ-dakı lotereyada rekord cekpot uda bilərlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəhəng ABŞ lotereyasının cekpotu yeni rekorda imza atıb. Yığımlardan sonra ABŞ-ın “Mega Millions” lotereyasında mükafat 1,6 milyard dollara çatıb. Bu, ABŞ lotereya tarixində ən nəhəng cekpotdur - ekspertlərin dəyərləndirmələrinə görə, tirajın keçiriləcəyi 23 oktyabradək məbləğ artaraq, 2 milyard dollara çata bilər. 

“Mega Millions” lotereyasında tiraj oktyabrın 23-də, Şimali Amerikanın şərq vaxtı ilə 23:00-da keçiriləcək. Tirajın cekpotu 1,6 milyard dollardır. Tirajda yaşadığı yerdən asılı olmayaraq, hər kəs iştirak edə bilər

Ötən tirajın nəticələrinə görə, uduş gətirən nömrələr - 15, 23, 53, 65, 70 və “meqabol” 7 olub. Ötən cümə bu nömrələri lotereya iştirakçılarından biri tapsaydı, həmin şəxs 970 milyon dollar mükafat qazanacaqdı. 

Yeri gəlmişkən, bu həftə ABŞ-ın iki nəhəng lotereyası olan “Powerball” və “Mega Millions”da iri mükafatlar oynanılır, bu iki cekpotun ümumi məbləği 2 milyard dolları keçir. Çoxları uğur qazanacağı ümidi ilə hər bir lotereyadan bir neçə bilet əldə edir. 

“Çoxları cekpot haqqında danışır və lotereya bileti almağa tələsir, - “Mega Millions”un direktoru Qordon Medenika xüsusi press-relizdə bildirib. - Cekpot bu məbləğə çatanda hamı uduş zamanı həyatlarının necə dəyişəcəyini təsəvvür edir. 

Amerikalılar lotereya bileti almağı sevir. Ştat Lotereyaları üzrə Şimali Amerika Assosiasiyasının məlumatlarına görə, ötən il amerikalılar lotereya biletlərinə 80 milyard dollardan çox pul xərcləyib. Bu, amerikalıların kinoteatr, videooyunlar, musiqi və idman yarışlarına xərclədiyi puldan daha çoxdur.

İndi “Mega Millions - ABŞ”da cekpot 1,6 milyard dollara çatıb, əfsanəvi lotereyaya maraq da artır. Bəzi məlumatlara görə, əgər ikinci gün uduş qazanılmasa, növbəti həftədə cekpot 2 milyarddan çox olacaq!

ABŞ-da lotereyanı onlayn necə oynayaq?

Azərbaycandan “Mega Millions” lotereyasında iştirak etmək ABŞ-da olduğu kimi asandır. 

Bunun üçün onlayn formada rəsmi bilet almaq, 1-dən 50-dək olan rəqəmlərdən beşini və 1-dən 12-dək olan rəqəmlərdən iki “laki star” rəqəmini seçmək lazımdır.

“TheLotter” saytından 1 milyon dollar udan şəxslə eksklüziv foto

Beş rəqəm Ukraynadan olan 23 yaşlı Natalyaya ABŞ-dakı “Mega Millions” lotereyasından 1 milyon dollar qazandırıb. Qız uduş kombinasiyasından beş rəqəmi tapıb - 1, 10, 57, 66 və 75, bununla da o, ikinci dərəcəli mükafatın sahibi olub. 

“TheLotter.com” saytındakı lotereyada qələbə zamanı qalib qazanılan məbləğin 100 faizini qazanır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri