23 
Okt
2018
14:08
17
89
2966
yuxarı
Sürüşmə zonasında bağlanan yol nə vaxt açılacaq?
23 Okt, 2018
14:08
2966
17
89
Sürüşmə zonasında bağlanan yol nə vaxt açılacaq?
Badamdar sürüşmə zonasında bağlanan yolun nə zaman açılacağı məlum deyil.
Bu barədə Oxu.Az-a Səbail rayon İcra Hakimiyyətindən verilən açıqlamada qeyd edilib.
“Sürüşmə bölgəsindəki əsas magistral yol mütəxəssislərin rəyindən sonra açıla bilər. Bizim qurum ərazidə icraçı orqandır. Yol təhlükəsizlik nöqteyi-nəzərindən bağlanıb. Hazırda ərazi təhlükə mənbəyidir. Həmin ərazidə yeni beton salınacaq. Daha sonra yol açılacaq”, - deyə məlumatda qeyd edilib.
İcra hakimiyyətindən qeyd edilib ki, bağlanan yolun açılacağı tarix məlum deyil.
İlhamə Əbülfət
ww.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək