26 
Okt
2018
16:10
29
194
10529
Virtual karabakh

Bakının bürüyən toz-dumanın əsas səbəbi açıqlandı

26 Okt, 2018
16:10
10529

Bakının bürüyən toz-dumanın əsas səbəbi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda havanı bürüyən toz-dumanı lokal xarakterlidir və  onun əsas mənbələrindən biri şəhəri əhatə edən daş karxanalarıdır ki,  bununla bağlı da nazirliyə əhali tərəfindən çoxlu sayda şikayətlər daxil olur.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

R.Bağırovun sözlərinə görə, daş karxanalarındakı mövcud vəziyyətlə əlaqədar nazirlik tərəfindən araşdırmalar aparılıb, istismar sahələrində və ətraf ərazilərdə monitorinqlər keçirilib:

“Artıq ictimaiyyətə də məlumdur ki, araşdırmaların nəticəsində müəyyən edilib ki, əksər daş karxanalarının fəaliyyəti hüquqi və normativ tələblərə cavab vermir, istismar sahələrində ekoloji norma və qaydalara riayət edilmir.

Ətraf mühitə, təbiətə ziyan vurulur, böyük həcmdə toz kütləsinin ətrafa yayılmasına şərait yaradılır. Bu da ətraf ərazilərdə yaşayan sakinlərin, bütövlükdə Bakı əhalisinin sağlamlığına, paytaxtın ekoloji mühitinə olduqca mənfi təsir göstərir”.

Direktor deyib ki, bütün bunlara səbəb daş karxanalarının elementar normalara əməl etməməsi, istifadə olunan avadanlıqların müasir tələblərə cavab verməməsidir.

“Karxanaların, demək olar ki, hamısında ötən əsrin 60-70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur”, - o vurğulayıb. 

Nazirlik rəsmisinin sözlərinə görə, nazirlik xeyli vaxtdır ki, səbir göstərib, karxana sahibkarlarının istismar sahələrində müasir tələblərə cavab verən texnologiyalarla fəaliyyətlərini qurmasını gözləyib. Qoyulan tələblərə cavab verməyən, müasir texnologiyalardan istifadə etməyən karxanalar barəsində yaxın vaxtlarda qanunamüvafiq tədbirlər görüləcək, fəaliyyətlərinin dayandırılması üçün müvafiq orqanlar qarşısında vəsatət qaldırılacaq.       

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri