Paytaxtın Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi çərçivəsində aparılan işlər zamanı ətrafa toz-duman yayan işçilər cəzalandırılıb.
Bu barədə Oxu.Az-a şirkətdən məlumat verilib.
Şirkətdən qeyd edilib ki, hündürmərtəbəli yaşayış binasının tikintisi zamanı fəhlələrin işə məsuliyyətsiz yanaşması nəticəsində ikinci mərtəbədən yük maşınına atılan tullantılar nəticəsində ətrafa toz-dumanın yayılmasının qarşısı alınıb:
“Həmən fəhlələr şirkət rəhbərliyi tərəfindən cəzalandırılıb”.
14 oktyabr, 13:16
Paytaxtın Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi çərçivəsində aparılan işlər zamanı ətrafa toz-duman yayılıb.
Oxu.Az xəbər verir ki, vətəndaşlar bildirib ki, tikinti şirkətinin işçiləri tikilməkdə olan binada yığılan qum və digər tullantıları ikinci mərtəbədən ərazidə olan yük maşınına doldurmağa çalışıblar.
Elə bunun nəticəsində ətrafı toz-duman bürüyüb.
Vətəndaşlar sözügedən faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.
Bakıda tikinti işləri zamanı ətrafa toz-duman qalxdı - VİDEO + YENİLƏNİB