Noy
2018
14:18
14
141
6701
Virtual karabakh

DİN-dən iki aydır küçədə yaşadığını deyən uşaqla bağlı - AÇIQLAMA

7 Noy, 2018
14:18
6701

DİN-dən iki aydır küçədə yaşadığını deyən uşaqla bağlı - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyindən iki aydır küçədə yaşadığını iddia edən uşaq barədə məsələyə münasibət bildirilib. 

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Oxu.Az-a açıqlamasında bildirib ki, bir sıra KİV-lərdə yayımlanmış videomaterialda avara və dilənçiliklə məşğul olan Vahid adlı azyaşlıya istinad edilməklə sonuncunun guya iki ay ərzində paytaxt küçələrində yaşaması və həmin uşağa dair digər məlumatlar həqiqətdən uzaqdır.

O deyib ki, bir-birini təkzib edən həmin fikirlər onun müəyyən psixoloji problemlərinin mövcudluğunun göstəricisidir:

“Doqquz yaşlı Vahid Həsənov Yevlax rayonunda anadan olub. Məsələ ilə bağlı qısa bir araşdırma apardıq və bu zaman məlum oldu ki, doğmaları tərəfindən paytaxt küçələrində dilənçilik etməyə məcbur edilmiş bu zavallının valideynləri də hazırda Bakı şəhəri ərazisində yaşayırlar.

Adətən, qeydiyyatsız və konkret ünvansız yaşadıqlarından, özləri də dilənçiliklə məşğul olaraq tez-tez yerlərini dəyişdiklərindən onların hazırda yaşadıqları məkanı müəyyənləşdirmək, oğullarını sonunculara təhvil vermək hələlik mümkün olmayıb.  

Yaşıdlarından fərqli olaraq, ailədən, təlim-tərbiyədən və təhsildən kənarda qalmış V.Həsənov polisin diqqət mərkəzinə üç il öncə düşüb. Bu müddət ərzində o, dilənçiliklə məşğul olduğuna görə dəfələrlə polis əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil verilib və orada yerləşdirilib. 

Həmin sığınacaqda yerləşmiş həmyaşıdları və özündən böyük digər uşaqlarla onun münasibətləri sonuncunun dözülməz xarakterinə, aqressivliyinə və bəlli psixoloji durumuna görə hər zaman gərgin olub. 

Yayımlanmış videomateriala da diqqətlə baxsanız, o zaman onun danışığında, davranışında müəyyən qüsurların və rabitəsizliklərin mövcudluğunu görmək olar. Bu uşağın eyni sığınacağa yerləşdirilmiş ögey bacısı, 11 yaşlı Cəmilə Məmmədova ilə də münasibətləri problematik olub, bacısı da onunla ünsiyyətdən qaçırmış”.  

Orxan Mansurzadə qeyd edib ki, uşaq hər dəfə kələk gəlməklə, yalan danışmaqla sığınacaqdakı işçiləri, uşaqları aldadaraq oranı tərk etməyə müvəffəq olub, yenidən dilənçilik etməyə başlayıb: 

“Sonuncu dəfə guya valideynlərinin yerini tapdığı bəhanəsilə 15 gün əvvəl sığınacağı bir əməkdaşla birlikdə tərk edib, lakin Vahid işçinin gözündən yayınaraq aradan çıxmağa nail olub. 

Noyabrın 6-da axşam V.Həsənov Binəqədi RPİ 7-ci PB-nin aidiyyatı xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq adıçəkilən mərkəzə təhvil verilib. Jurnalistlərin obyektivinə tuş gəldiyi iki ay deyil, iki gün öncə imiş ki, bu zaman da V.Həsənovun dilənməkdən başqa özü ilə bağlı səsləndirdiyi fikirlərin hamısı əsassız və yalandır”. 

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri