Noy
2018
17:18
518
39
14404
Virtual karabakh

Nazirlik küçədə qaldığı deyilən uşağı himayəsinə götürdü - YENİLƏNİB

7 Noy, 2018
17:18
14404

Nazirlik küçədə qaldığı deyilən uşağı himayəsinə götürdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dilənmədiyi üçün atası tərəfindən küçəyə atılan uşaqdan yeni xəbər var.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, uşaq “Azərbaycan Uşaqlar Birliyi”nin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindən götürülərək, dövlət qurumları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Zabratda fəaliyyət göstərən Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

12:59

Dilənmədiyi üçün atası tərəfindən küçəyə atılan uşaq sığınacağa yerləşdirilib.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə deyib.

QHT sədri qeyd edib ki, uşaq gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən tapılıb:

“O, birliyin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib”.

Qeyd edək ki, uşağın küçəyə atılması barədə Baku TV reportaj hazırladıqdan sonra uşağın dövlətin nəzarətinə verilməsi üçün bir sıra dövlət qurumları və QHT-lər onu axtarmağa başlayıb.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri