12 
Noy
2018
13:37
58
20
1818
Virtual karabakh

Miqrantlara qanuna riayət etməyi necə öyrətmək olar? - ŞƏRH

12 Noy, 2018
13:37
1818

Miqrantlara qanuna riayət etməyi necə öyrətmək olar? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Öz fəaliyyəti dövründə Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) nəzdindəki ictimai şura qanunvericiliyin təkmilləşdirilməsi, xüsusilə nöqsanları və ziddiyyətli məqamları aradan qaldırmaq üçün bir sıra normativ aktlara dəyişikliklərin edilməsi üzrə 40-dan çox təklif hazırlayıb və idarəyə təqdim edib.

Bu fikirləri Oxu.Az-a açıqlamasında şuranın sədri Azər Allahverənov deyib. 

Onun sözlərinə görə, təkliflər DMX tərəfindən aparılan işlərin təhlili çərçivəsində hazırlanıb. 

“2015-ci ildə yaradılmış İctimai Şura ictimaiyyətlə miqrasiya xidməti arasında körpü rolunu oynayıb. Kömək üçün bu və ya digər səbəblərdən DMX-ya müraciət etməyən, eləcə də, müraciətinə mənfi cavab alan şəxslər müraciət edirlər. Və biz, əlbəttə ki, onlara problemin həllində yardım edirik”, - müsahibimiz qeyd edib. 

Azər Allahverənov bildirib ki, miqrasiya şəffaflıq tələb edən sahədir, burada qapalılıq bir sıra mənfi rəylər yaradır. 

“Buna görə də DMX-də şəffaflığın təmin olunması üçün işlər aparılır. Buna təkcə kadr islahatlarının keçirilməsi deyil, eyni zamanda, elektron hökumət sisteminə inteqrasiya, işçi vizalarının alınması üçün mobil tətbiqlərin hazırlanması, əmək fəaliyyəti üçün icazə və s. bariz nümunədir”, - İctimai Şuranın sədri əlavə edib. 

Ekspert təcili həll tələb edilən bir məsələyə də diqqət yetirib. 

“Əmək fəaliyyəti ilə məşğul olan miqrantlarla işləri asanlaşdırmaq üçün mobil bildirişlər sisteminin tətbiqi vacibdir. Çünki ölkəmizin ərazisində qanuni qalan miqrantlar da miqrasiya qanunvericiliyinin detallarını bilmirlər. Misal üçün, yaşayış və qeydiyyat yerini müvəqqəti tərk etdiyi zaman o, kimə müraciət etməlidir?

Belə deyək, miqrant Gəncədə qeydiyyatdadır, ancaq Şəkiyə istirahətə və ya Bakıya işləməyə getmək istəyir. Miqrasiya xidmətinin əməkdaşları yoxlama aparır, müəyyən edirlər ki, əcnəbi göstərdiyi ünvanda yaşamır. Bu vəziyyətdə cərimə yazılır ki, bu da miqrantlarda narazılıq yaradır. Nəticədə, xoşagəlməz vəziyyət yaranır. Bu cür vəziyyətlərdən qaçmaq üçün SMS-bildirişlər xidmətinin tətbiqi ən yaxşı çıxış yoludur”, - şura sədri deyib. 

Vəfa Fərəcova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri