Azərbaycan Futbol Federasiyasının İntizam Komitəsinin bu gün keçirilən iclasında bəzi qərarlar qəbul edilib.
Oxu.Az Peşəkar Futbol Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasında 34-cü turun “Qəbələ” - “Sabah” oyununun 65-ci dəqiqəsində “Sabah” klubunun 18 nömrəli futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb. Əlavə olaraq “Sabah” klubu 3000 manat cərimə edilib.
“Zirə” - “Qarabağ” oyununun 89-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilib.
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində “Kəpəz” klubunun 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb və Gəncə təmsilçisi 1500 manat cərimə edilib.