Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Almaniya Kuboku: "Bayer" üç qolla 1/8 finalda
Almaniya Kubokunda ikinci raundun (1/16 final) oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, son çempion Leverkuzen "Bayer"i doğma "BayArena"da ikinci Bundesliqa təmsilçisi "Elversberq"i qəbul edib.
Matç gözlənildiyi kimi meydan sahiblərinin mütləq üstünlüyü ilə keçib ki, bu da qarşılaşmanın yekun hesabında öz əksini tapıb.
"Bayer" "Elversberq"in qapısından üç cavabsız top keçirib - 3:0. Klubun çexiyalı üzvü Patrik Şik dublla yadda qalıb.
Bu qələbə sayəsində Xabi Alonsonun yetirmələri növbəti mərhələyə - 1/8 finala vəsiqə qazanıblar.
"Bayer Leverkuzen FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar