Anası dünyasını dəyişmiş uşaqların atası da qəzada həlak oldu.
Xezerxeber.az xəbər verir ki, Astarada 6 uşağın atası yük avtomobili tərəfindən vurularaq ölüb. Hadisə axşam saatlarında rayonun Çayoba kəndi ərazisində baş verib. 36 yaşlı Peyman Ruşanov idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən toydan çıxıb evinə gedən piyada, 44 yaşlı Nazim Baxşiyevi vurub.
Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Nazim Baxşiyevin qohumlarının bildirdiyinə görə, onun həyat yoldaşı 3 il əvvəl xəstəlikdən vəfat edib. Nazim fərdi işlərlə məşğul olaraq altı uşağını təmin edirdi.
Hadisəni törədən sürücü qaçmağa çalışsa da, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının tədbirləri nəticəsində Peyman Ruşanov şübhəli şəxs qismində saxlanılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Anası dünyasını dəyişmiş uşaqların atası da qəzada həlak oldu.
Ötən gün Astarada yük avtomobili tərəfindən vurulan rayon sakini vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, 44 yaşlı Nazim Baxşiyev 6 uşaq atası imiş.
Fəhləlik edərək ailəsini dolandıran mərhumun həyat yoldaşı 3 il bundan əvvəl xəstəlik səbəbilə ölüb.
Məktəbli və azyaşlı uşaqlarına isə Nazim Baxşiyev özü baxırmış.
Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Qafqazinfo"nun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Pensər kəndi ərazisində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi DAF markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Zahir oğlu Baxşiyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.