"Hizbullah"ın yeni baş katibi Nəim Qasım ilk çıxışında bildirib ki, onun planı Beyrutun cənub ətraflarında, İsrailin hava zərbələri nəticəsində öldürülən keçmiş baş katib Həsən Nəsrullahın yolunu davam etdirməkdir.
"Azad İran" "Telegram" kanalı bu barədə "Əl-Ərəbiyyə" kanalına istinadən xəbər verib.
Onun sözlərinə görə, "Hizbullah" Həsən Nəsrullahın tərtib etdiyi müharibə planını həyata keçirməyə davam edəcək.
"İran bizim hərəkatı dəstəkləyir, lakin biz onun adından döyüşmürük. Biz öz torpağımızda döyüşürük və heç kim bizdən heç nə istəmir. Biz müharibəni günlərlə, həftələrlə və aylarla davam etdirməyə hazırıq", - deyə Nəim Qasım vurğulayıb.
Rəylər