Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İran bir neçə gün ərzində İraqdan İsrailə zərbə endirmək niyyətindədir
İran İsrailin son hücumuna cavab olaraq bir neçə gün ərzində İraq ərazisindən bu ölkəyə böyük zərbə endirməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Tehran noyabrın 5-də ABŞ-də keçiriləcək seçkiyə qədər çoxlu sayda pilotsuz təyyarələr və ballistik raketlərin iştirakı ilə əməliyyat keçirə bilər. Portalın məlumatına görə, hücumun İraq ərazisindən keçirilməsi İranın ölkədəki strateji hədəfləri İsrailin növbəti hücumundan yayındırmaq cəhdidir. Ağ Evdəki mənbənin "Axios"a verdiyi məlumata görə, ABŞ-nin İran hakimiyyətinin yaxın gələcəkdə zərbə endirmək qərarı verib-vermədiyi barədə məlumatı yoxdur.
Rəylər