17 
Noy
2018
14:17
19
278
6098
Virtual karabakh

Azərbaycanlılar Rusiyada qəzaya düşdülər

17 Noy, 2018
14:17
6098

Azərbaycanlılar Rusiyada qəzaya düşdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sravropol bölgəsində mikroavtobus minik avtomobili ilə toqquşub. Hadisə zamanı bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Yaralılar arasında Azərbaycan vətəndaşları da var. 

Oxu.Az xəbər verir ki, bununla bağlı regionun polis idarəsi məlumat yayıb. 

“Noyabrın 16-da “Ford Mondeo” markalı avtomobil Stavropoldan Rostov istiqamətində hərəkətdə olarkən naməlum səbəblərdən “Mercedes Vito” markalı mikroavtobusun yoluna çıxıb və nəticədə, qəza baş verib”, - məlumatda bildirilib. 

Aldığı xəsarətlərdən minik avtomobilinin qadın sərnişini hadisə yerində ölüb. Həmin avtomobilin sürücüsü və digə sərnişini, eləcə də, mikroavtobusda olan altı nəfər yaralı halda xəstəxanaya yerləşdiriliblər. 

“Mercedes” markalı mikroavtobusdakı sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri