29 
Noy
2018
18:01
82
32
18365
Virtual karabakh

Arif Qazıyev barəsində tibbi ekspertiza keçirilməsi təklif olunub

29 Noy, 2018
18:01
18365

Arif Qazıyev barəsində tibbi ekspertiza keçirilməsi təklif olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin  məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi baş tutub. 

Hakim bildirib ki, sorğuda Ə.Əbdüləzizlə zərərçəkmiş İxtiyar Həsənov arasında 2150 dəfə telefon əlaqəsi olduğu qeyd olunub. 

Lakin Ə.Əbdüləziz öncəki iclaslarda İ.Həsənov ilə telefonla danışmadığını deyib. 

Hakim məhkəmə istintaqını tamamlamağı təklif edib, prokuror razılaşsa da, müdafiə tərəfi etiraz edib. 

Ə.Əbdüləzizin vəkili vəsatət verərək bu işdə adı keçən Xalq artisti Arif Qazıyevin barəsində psixi ekspertizanın keçirilməsini istəyib. Vəkil bildirib ki, A.Qazıyev işemik insult keçirib və Səhiyyə Nazirliyinin qərarı ilə bu xəstəlikdən əziyyət çəkən insanlarda göz zəifliyi, yaddaş və şüur pozğunluğu ola bilər:

“Arif Qazıyev məhkəmədə iştirak etmədi, ifadə vermədi. Sonradan teleqram vurub xəstə olduğu üçün gələ bilmədiyini qeyd etdi. İstintaqda da o, ifadə verə bilmədiyi üçün polis mayoru evinə gedərək Arif Qazıyevdən ifadə alıb. Arif Qazıyev yaza bilmədiyi üçün o deyib, polis yazıb.

Amma istintaq onun səhhəti ilə bağlı ekspertiza keçirməyib. Xahiş edirəm, məhkəmə ekspertiza təyin etsin və ekspert qarşısında sual qoysun ki, Arif Qazıyev anlaqlıdırmı, şüuru yerindədirmi və hərəkətlərini dərk edirmi?”

Ə.Əbdüləziz vəsatəti təsdiqləyib, prokuror isə təmin olunmamasını istəyib. Məhkəmənin qərarı ilə vəsatət təmin olunmayıb. 

Proses dekabrın 10-da davam etdiriləcək.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri