Dek
2018
11:34
72
29
7303
Virtual karabakh

Azərbaycana qış nə vaxt gələcək?

4 Dek, 2018
11:34
7303

Azərbaycana qış nə vaxt gələcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Azərbaycanda qış fəsli ötən illə müqayisədə altı saat gec başlayacaq.

Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, bu il qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22-də daxil olacaq:

“Qış fəslinin başladığı gecənin uzunluğu ilə gündüzün qısalığı 5-6 gün bərabər olaraq qalır. Həmin gecə Günəş üfüqdən ən minimum nöqtədə olacaq. Günəş şüalarının istiqaməti ilə Yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Buna “Qış günəş duruşu” deyilir.

Qış fəslində Yer Günəşə ən yaxın məsafələrdə olsa da, şüaların Yer səthinə düşmə bucağından asılı olaraq Yeri isidə bilmir. Ona görə də fəsillərin fərqi müşahidə edilir. Hər il fəsillərin daxil olduğu tarixlər arasında altı saata yaxın sürüşmələr olur”.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq. 

Könül Cəfərli
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri