5 
Dek
2018
11:42
148
27
3430
yuxarı
Sumqayıtda 19 restoran cərimələndi
5 Dek, 2018
11:42
3430
148
27
Sumqayıtda 19 restoran cərimələndi
Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib.
ETSN-dən Oxu.Az-a verilən məlumata görə, şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.
Analizlərin nəticələrinə əsasən, 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib.
Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Aparılan araşdırma və monitorinq zamanı yalnız “Okean”, “Park Palace”, “Kiparis” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.
İlhamə ƏbülfətBizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
26 
Apr
2024
15:48
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olunub - FOTO/VİDEO
12
1
195
26 
Apr
2024
15:28
Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
1
12
315
26 
Apr
2024
14:44
Ana köməyə çağırır: “Qızım dözülməz qıcolmalardan əziyyət çəkir” - FOTO/VİDEO
8
47
368
26 
Apr
2024
14:19
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə gediblər - FOTO
100
2
610