Bakı metrosunda dava - YENİLƏNİB
Bakı metrosunda dava - YENİLƏNİB
“Hadisə zamanı mübahisə edən sərnişinlər bir-birindən şikayətçi olmayıb”.
Bunu Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı metrosunun “Gənclik” stansiyasında baş verən hadisə ilə bağlı bildirib.
“Hadisə zamanı ictimai asayiş pozulmayıb. Polis sərnişinlərlə söhbət aparıb, onlar bir-birinə qarşı barışdırıcı mövqe tutduqları üçün məsələ yerindəcə aydınlaşdırılıb. Onlar barışdırılaraq yola salınıb”, - deyə o vurğulayıb.
18.53
Bakı metrosunun “Gənclik” stansiyasında dava düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə saat 18:37-də baş verib.
Bir neçə nəfər naməlum səbəblərdən dava edib və stansiyada sıxlıq yaşanıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı saytımıza təsdiqləyib.
Onun sözlərinə görə, qatara minən və düşən sərnişinlər arasında mübahisə düşüb:
“İki sərnişin mübahisə edib. İnsident böyüdüyü üçün metropoliten işçiləri və polis əməkdaşları vəziyyətə müdaxilə edib. Sərnişinlər hazırda ifadə verir. Daha ətraflı məlumat veriləcək”.
Könül Cəfərli
www.oxu.az