17 
Dek
2018
12:30
37
188
1977
Virtual karabakh

Deputat: Sosial şəbəkələrlə Azərbaycanı geriyə aparmağa çalışırlar

17 Dek, 2018
12:30
1977

Deputat: Sosial şəbəkələrlə Azərbaycanı geriyə aparmağa çalışırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10 milyona yaxın Azərbaycan əhalisinin üç milyonu sosial şəbəkələrdən fəal istifadə edir, onların 1,5 milyonu “Facebook”, digərləri “Instagram”, “Twitter” və başqa sosial şəbəkələrin istifadəçiləridir.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Dini qurumlar və sosial media” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan Kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə yayılır:

“Bu gün stabilliyimizin pozulması üçün əsas təhlükə İslama yaxın radikal dini cərəyanlardan və ideologiyalardan gəlir. Bunlar isə Azərbaycana qarşı qərəzli planlar hazırlayan erməni lobbisinin əməlləridir. Bu sahədə daha ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələri ciddi narahat edir.

Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma kampaniyaları ilə məşğuldurlar. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır. Bəzi qüvvələr var ki, sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa, İslami dəyərlərin hakim olduğu İslami dövlətə çevirməyə çalışır. Bizim problemimiz radikal dini cərəyanlarla bağlıdır”. 

Əflatun Amaşov onu da əlavə edib ki, hazırda Azərbaycan Mətbuat Şurası haqqında qanun üzərində işlənir və qanunda vətəndaşların şərəf və ləyaqətlərinin alçaldılmaması məsələsi diqqətdə saxlanılır:

“Mətbuat Şurası müntəzəm olaraq bu istiqamətdə monitorinqlər həyata keçirir. Azərbaycanda Nardaran hadisələrində də qeyri-dəqiq, qərəzli informasiyalar yayan saytlar, sosial medialar müəyyən qruplar şəklində fəaliyyət göstərmişdilər. Məqsəd isə həmin bu virtual insanların saylarının artmasıdır. Radikal dini cərəyanların Azərbaycana ayaq açmaması üçün müvafiq qanunları sərtləşdirmək lazımdır”.

Könül Cəfərli
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri